Türkiyədə bu gün yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya üçün 40 yaşdan yuxarı şəxslərin qeydiyyatı başlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir peyvəndləmə kampaniyasında vətəndaşlarının 100 faizinin iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.