Türkiyənin Qaziantep şəhərində 4 mərtəbəli bina söküntü işləri aparılan zaman çöküb.
AzerTimes xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.
Hadisə nəticəsində inşaat işləri aparan texnikanın operatoru dağıntılar altında qalıb.
Hadisə yerinə gələn xilasedicilər və AFAD qrupları operatoru qurtarmaq üçün müvafiq işlərə başlayıb.