Türkiyənin Bursa şəhərində 4 mərtəbəli bina söküntü zamanı bir anda çöküb.
AzerTimes xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Bölgəyə çoxlu sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları, axtarış-xilasetmə və AFAD qrupları cəlb edilib.
Dağıntılar altında insanların qalma ehtimalı nəzərə alınaraq axtarış işlərinə başlanıldı.