Türkiyənin cənub-qərbindəki Muğla vilayətinin Milas rayonu sahillərində 34 qeyri-qanuni miqrant saxlanılıb.
AzerTimes Anadolu agentliyinə istinadla xəbər verir ki, sahil mühafizə qüvvələri Milas rayonu sahillərində bir qrup qeyri-qanuni miqrantın olduğu qayıq barədə siqnal aldıqdan sonra hərəkətə keçib.
Saxlanılan şəxslər Muğla Miqrasiya İdarəsinə aparılıb.