Türkiyənin Muğla vilayətinin Menteşe rayonunda elektrik naqillərindən qaynaqlandığı müəyyən edilən meşə yanğını artıq üç gündür davam edir.
Axa.az xəbər verir ki, oktyabrın 18-də başlayan yanğını söndürmək üçün 313 nəfərlik heyət iştirak edir, həmçinin Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qruplarının dəstəyi ilə 16 vertolyot və 8 təyyarə cəlb edilib.
Yanğını nəzarət altına almaq hələ də mümkün olmayıb.