Zəlzələ nəticəsində Türkiyə ordusunun 3 hərbçisi şəhid olub.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Təəssüf ki, 3 şəhidimiz və yaralımız var. Bölmələrimizdəki axtarış-xilasetmə qruplarını zəlzələ baş verən ərazilərə göndərmək üçün təyyarələrimizi səfərbər etdik”, – Akar bildirib.