Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 26-da açılması
planlaşdırılan “1915 Çanaqqala” körpüsünün Çanaqqala zəfərinin
ildönümündə martın 18-də açılışına qərar verdiklərini
açıqlayıb.
AzerTimes-ın
məlumatına görə, bununla bağlı Türkiyə Prezidenti özünün rəsmi
“Twitter” hesabında açıqlama verib.
Açıqlamada deyilir: “Plandan bir il yarım əvvəl inşası
tamamlanan və tezliklə xalqın xidmətinə vermək üçün fevralın 26-da
açılışına hazırlandığımız “1915 Çanaqqala” körpüsü vətəndaşların
xahişi ilə Çanaqqala zəfərinin ildönümündə – martın 18-də
açılacaq”.
Qeyd edək ki, Türkiyənin Çanaqqala vilayətinin Lapseki və
Gelibolu rayonları arasında inşa edilən “1915 Çanaqqala” körpüsü
Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma
körpüsü olacaq.