Türkiyədə 12 ölkənin İnterpol axtarışında olan onlarla şəxs saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
“Altı vilayətdə eyni vaxtda həyata keçirilən “Qəfəs-43” əməliyyatları ilə İnterpolun “Qırmızı xəbərdarlıq”, “Yaşıl bülleten” və təcili saxlanılması ilə bağlı axtarış qeydləri olan 23 şübhəli ələ keçirilib”, – Ə.Yerlikaya qeyd edib.