Türkiyədə 12 dəqiqə fərqlə növbəti zəlzələ baş verdi

Türkiyədə 12 dəqiqə fərqlə növbəti zəlzələ baş verdi

7,8 bal gücündə zəlzələdən sonra Türkiyənin mərkəzi bölgəsində 6 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.

AzerTimes xəbər verir ki, iki təkan arasında 12 dəqiqə fərq olub.

6 bal gücündə zəlzələ Türkiyə vaxtı ilə 13.36-da Qəhrəmanmaraş şəhərindən 66 kilometr şimal-şərqdə qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Teqlər: