Türkiyədə 100 ziyalı Bakıya qarşı çıxdı – MHP-dən cavab

Türkiyədə 100 ziyalı Bakıya qarşı çıxdı – MHP-dən cavab

Oxuduğum xəbərdə “Bakı rejimi Ankara rejiminin dəstəyini arxasına alaraq, aylardır Qarabağın erməni xalqına qarşı yönələn və soyqırım ehtimalını gündəmə gətirən bir blokada tətbiq edir” cümlələri vardı. İmza atdıqları mətnlə bütün niyyətlərini üzə çıxarırdılar.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyası sədri Dövlət Baxçalının mətbuat müşaviri Yıldıray Çiçək Türkiyədə bir qrup alim, yazıçı, jurnalist, siyasətçi və hüquq müdafiəçisinin Azərbaycanın Qarabağdakı “blokada”nı qaldırması tələbi ilə yaydıqları müraciətə cavab olaraq “TÜRKGÜN” qəzetində dərc olunan “İçimizdəki xəyanətin imzası!” adlı köşə yazısında qeyd edib.

Çiçək sözügedən qrupun hər zaman Türkiyə və Azərbaycana qarşı düşmənçilik edənlərin yanında olduğunu vurğulayıb:

“Ermənilər Qarabağın işğalı zamanı qadın, uşaq və yaşlı demədən oradakı türk soydaşlarımızı gülləbaran edəndə səsini çıxarmayanlar indi ora işğaldan qurtarıldığı zaman ermənilərin vəkilliyi vəzifəsini üzərlərinə götürüblər: Akın Birdal, Əsli Ərdoğan, Ayişə Hür, Basqın Oran, Cingiz Arın, Ərgün Babaxan, Fikrət Başqaya, Nəsrin Nas, Oya Baydar, Ömər Fərrux Gərgərlioğlu, Ragıp Duran, Şanar Yurdatapan, Taner Akçam kimi əvvəldən bilinənlərlə birlikdə yüzə yaxın şəxs bu çağırışa imza atıb. Bunlarda necə insanlıq varsa, hər zaman türk millətinin qarşısında kim varsa, onlara görə hərəkətə keçirlər. Həqiqətən qəribə insanlardır:

İraq və Suriyada terror təşkilata PKK-ya qarşı əməliyyat keçirirsən, bunlar imzaçı olaraq ortaya çıxır;

Türkiyədə şərq və cənub-şərqdə xəndək qazan PKK terrorçularına qarşı təmizlik əməliyyatı keçirirsən, yenə bunlar imzaçı kimi ortaya çıxar;

Universitetlərdən PKK, FETÖ tərəfdarı dırnaqarası alimləri rədd edirsən, yenə bunlar ortadadır…

İndi də 30 il sonra erməni işğalından qurtarılmış Qarabağla bağlı erməniyanlı imzaçılar kimi qarşımıza çıxdılar.

Bu komanda həqiqətən çox klassik bir qrupdur. Heç dəyişmirlər. PKK, erməni və yunanı müdafiə etmək məsələsi gündəmə gələndə heç gecikmirlər. Qarabağda məsum soydaşlarımıza, qardaş-bacılarımıza soyqırım ediləndə böyük ehtimal viski, rakı qədəhi toqquşduranların bu gün ortada mülki ermənilərə qarşı heç bir zorakılık olmadığı halda “erməni xalqına qarşı blokada və soyqırım ehtimalı” nitqləri atmaları qədim yurd yerimizin işğaldan qurtulmasından duyduqları üzüntünün nəticəsidir. Türkün olduğu yerdə məzlum xalqa, mülki insanlara zərər verilməz. Bu qrup biz türkləri öz erməni tərəfdarları ilə qarışdırırlar. Azərbaycan Ordusu Türkiyənin dəstəyi ilə haqqı olanı aldı və işğal edilmiş torpağını azad etdi. İmzaçıların ağısı faydasız, çağırışlarının içi isə boşdur”.

Teqlər: