Türkiyədə yerli 76/62 mm-lik dəniz artilleriya qurğusu uğurla sınaqdan keçirilib.
Trend xəbər verir ki, sınaqları Konya əyalətindəki Karapınar poliqonunda ölkənin Milli Müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi Yaşar Gülər və digər yüksək rütbəli zabitlər müşahidə edib.
Sınaqdan sonra çıxış edən Hulusi Akar bildirib ki, bir tərəfdən ixtisaslı hərbi kadrların yetişdirilməsi, digər tərəfdən isə Türkiyənin müdafiə sənayesində idxaldan asılılığının azaldılması istiqamətində işlər aparılır, yerli silah və texnikanın inkişafı fəal şəkildə davam etdirilir.
Qeyd olunub ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və dəstəyi, yaratdığı imkanlar sayəsində Türkiyənin müdafiə sənayesində idxaldan asılılığı 20 faizə endirilib.