Türkiyə Silahlı Qüvvələrinin Suriyada kürd terrorçuların bazasına zərbəsi amerikalı hərbçilər üçün təhlükə törətməyib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, amerikalı qoşunlar Türkiyənin zərbə endirdiyi ərazidən ən azı 20-30 km uzaqlıda olub.
Qeyd edək ki, 19 noyabr gecəsindən başlayaraq, Türkiyə ordusu Suriya və İraqda PKK terrorçularına zərbələr endirir.