Türkiyə zəlzələ bölgəsinə 28 min əməkdaş göndərdi

Türkiyə zəlzələ bölgəsinə 28 min əməkdaş göndərdi

Türkiyə hökuməti fövqəladə vəziyyət rejimi tətbiq olunan zəlzələ bölgəsinə təhlükəsizlik qüvvələrinin 28 min əməkdaşını göndərib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, 18 min jandarma və 10 min polis zəlzələdən zərər çəkən vilayətlərdə xidmət göstərəcək. Yaxın zamanlarda həmin bölgəyə daha 10 min jandarma cəlb olunacaq.

Teqlər: