2024-cü ildə Türkiyə ilə Yunanıstan sərhədində yeni körpünün tikintisinə başlanılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Yunanıstan xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Kostas Franqoyannis deyib.
O bildirib ki, bu, tərəflər arasında ikinci körpü olacaq və nəqliyyatın hərəkəti üçün istifadə ediləcək:
“Bu körpü nəqliyyat və ticarət sektorlarında işimizi asanlaşdıracaq”.