Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin TÜMOSAN şirkəti yerli istehsal olan “Pusat” taktiki zirehli hərbi maşınının istehsalını həyata keçirir.
AzerTimes-ın məlumatına görə, şirkət hərbi maşınının istifadəsi üçün yerli və xarici şirkətlərlə danışıqlarını davam etdirir. Maşının gələcək ixracı üçün təkliflərin irəli sürüldüyü bildirilib.
Qeyd olunur ki, “Pusat” zirehli maşınının 5 min kilometrlik sınaq yürüşləri başa çatıb. Yaxın zamanlarda 20 min kilometrlik sınaq yürüşləri planlaşdırılır.
Şirkətin məlumatına görə, hazırda maşın ilkin istehsal mərhələsindədir.
“Pusat” maşını ilk dəfə demo versiyada 2017-ci ildə IDEF beynəlxalq hərbi sənaye sərgisində nümayiş etdirilib, 2019-cu ildə maşının prototipi hazırlanıb.
2021-ci ildə isə “Pusat”ın hibrid versiyası IDEF sərgisində təqdim olunub.