Türkiyə yenidən YUNESKO-nun İcraiyyə Komitəsinin üzvü seçilib

Türkiyə növbəti müddətə YUNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik qeyd edib: “2017-2021-ci illərdə YUNESKO-nun İcraiyyə Şurasının üzvlüyünü uğurla həyata keçirən Türkiyə YUNESKO-nun 41-ci Baş Konfransı çərçivəsində 17 noyabr 2021-ci ildə keçirilən seçkilərdə yenidən 2021-2025-ci illər üçün üzv dövlət seçilib”.

Nazirlik vurğulayıb ki, Türkiyə YUNESKO-nun məqsəd və ideallarını dəstəkləyir və təşkilatın fəaliyyətini və dəyərlərini təbliğ etməyə davam edəcək:

“Türkiyənin yeni müddətə İcraiyyə Şurasına üzv seçilməsi ölkəmizin əvvəlki dövrdəki fəal və uğurlu fəaliyyətinin, eləcə də dünya miqyasında təhsil, elm və mədəniyyətə verdiyi töhfənin inandırıcı sübutudur”.

Teqlər: