Türkiyənin müdafiə sənayesini təmsil edən MKE AŞ (Makine ve
Kimya Endüstrisi Anonim Şirketi) ən sərt NATO standartlarına cavab
verən “Yavuz” özüyeriyən artilleriya qurğusunun ixrac etməyə
hazırlaşır.
Trend yerli
KİV-ə istinadla xəbər verir ki, modifikasiya edilmiş 6×6 yük maşını
şassisinə quraşdırılan haubitsa zirehli kabinlə təchiz edilib.
Sistemin atəşə hazırlanması təxminən bir dəqiqə, mövqenin
dəyişdirilməsi isə 2 dəqiqə çəkir.
Bu 155 mm/52 kalibrli yedəkli haubitsa artıq Türkiyə hərbi
əməliyyatlarında özünü uğurla sübut edib. Qurğunun ekipajı beş
nəfərdən ibarətdir.
MKE AŞ şirkətinin qurğusu hərəkətlilik və artilleriyanın uzaq
məsafələrə daşınması ilə bağlı problemləri həll edir. “Yavuz”-un
maksimal sürəti 90 km/saatdır.
Haubitsa 155 mm NATO standartı da daxil olmaqla üç müxtəlif növ
sursat üçün nəzərdə tutulub. Mod 274 mərmisinin atəş məsafəsi 40
km-ə çatır. Hazırda şirkət atış məsafəsini iki dəfə artırmaq
istiqamətində işlər aparır.