Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 3 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 3 YPG (PKK-nın
Suriya qanadı) terrorçusunu zərərsizləşdirib.

Trend xəbər
verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat
yayıb.

Qeyd olunur ki, terrorçular “Sülh bulağı” əməliyyatının
keçirildiyi zonada hücum planlaşdırırdılar.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü
ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə
Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs
öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına
salıb.