Suriyanın şimalında “Zeytun Budağı” və “Fərat Qalxanı”
antiterror əməliyyatlarının keçirildiyi bölgələrə hücum etməyə cəhd
edən 13 YPG yaraqlısı (PKK terrorçularının Suriya qanadı)
zərərsizləşdirilib.
Trend xəbər verir ki, bu barədə mlumatı Türkiyə Milli Müdafiə
Nazirliyi yayıb.
Qeyd olunur ki, xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçuları
bölgədə terror təhlükəsinin aradan qaldırılması məqsədilə növbəti
uğurlu əməliyyat keçirib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü
ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə
Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs
öldürülüb.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına
salıb.