Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadının (YPG) iki üzvünü məhv edib.
Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, YPG/PKK terrorçuları “Sülh bulağı” antiterror əməliyyatı zonasına girməyə cəhd edərkən məhv ediliblər:
“”Sülh bulağı” əməliyyatı zonasında sabitliyin pozulması cəhdinin qarşısı Türkiyə hərbçiləri sayəsində alınıb”.