Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 25 terrorçunu məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, PKK terrorçularının Suriya qanadının obyektlərinə kütləvi zərbələr endirilib.
MMN terrorçuların hər bir türk əsgərinin ölümünə görə cavab verəcəklərini qeyd edib.