Türkiyə XİN türk konsulu qətlə yetirmiş erməni terrorçunun azad edilməsi ilə bağlı açıqlama verib

Xəbər - Orxan Nəbiyev – Trend:

1982-ci ildə ABŞ-ın Los-Anceles şəhərində Türkiyə konsulu Kamal Arıkanı qətlə yetirmiş erməni terrorçu, ASALA üzvü Ambik Sasunyanın həbsdən azad edilməsini qorxunc bir səhv olaraq qəbul edirik və bu qərarı pisləyirik.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, bu cür qərarlar terrorla mübarizəyə deyil, terrorçuluğun siyasi məqsədlərə çatmaq üçün istifadə olunmasına xidmət edəcəyi aşkardır.

Qeyd edək ki, A.Sasunyan türkiyəli konsulun qətli ilə əlaqədar 1984-cü ildə ömürlük həbsə məhkum edilmişdi. 2019-cu ilin dekabrında Kaliforniya ştatının Məhkumların azad edilməsi şurası onun azad edilməsi barədə qərar qəbul etsə də, ştat qubernatoru bu qərarı ləğv etmişdi.

A.Sasunyan 2021-ci ilin fevralında Los-Anceles dairə Ali məhkəməsinin qərarı azad edilmişdi. O, Ermənistana gəldiyini bildirib.

Teqlər: