Türkiyə XİN rəhbəri ukraynalı və rusiyalı həmkarları ilə telefon danışıqları aparıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun martın 14-də
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici
işlər naziri Sergey Lavrov ilə telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi
məlumat yayıb.

Bildirilir ki, telefon danışıqlarında Rusiya-Ukrayna
münasibətlərindəki böhranın həlli yolları müzakirə olunub.

Qeyd edək ki, Türkiyənin vasitəçilik missiyası ilə Antalya
Diplomatik Forumu çərçivəsində martın 10-da Rusiyanın xarici işlər
naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri
Kuleba arasında nazir Mövlud Çavuşoğlunun iştirakı ilə görüş
keçirilib. Türkiyə məlum böhranın sülh yolu ilə həlli üçün
səylərini davam etdirməkdə israrlıdır.

Teqlər: