Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Rusiyanın nəzarətində olan bölgələrində referendumun keçirilməsi cəhdinə münasibət bildirib.
AzerTimes xəbər verir ki, Türkiyə XİN Rusiyanın referendum keçirmək niyyətindən narahat olduğunu bildirib.
“Belə qeyri-qanuni faktlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, diplomatik prosesin canlandırılması səyləri çətinləşdirəcək və qeyri-sabitliyi dərinləşdirəcək”, – bəyanatda qeyd olunub.