Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyətinə sərt reaksiya verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
“Biz Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni separatşılarının məskunlaşdığı torpaqlarda keçirilən “seçkilər”i sülh danışıqlarına xələl gətirmək cəhdi kimi qəbul edir və pisləyirik”, – bəyanatda bildirilib.