İyulun 16-da Omanın paytaxtı Maskatda məscidə silahlı basqın edilib. Hadisə nəticəsində altı nəfərin həlak olması, çoxlu sayda insanın yaralanması bizi dərindən kədərləndirir.
AzerTimes xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında əksini tapıb.
Nazirlik hücum nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə və Oman xalqına başsağlığı verib, yaralananlara şəfa diləyib.