Türk Dövlətləri Təşkilatının (TDT) qurulmasının təməli olan Naxçıvan Bəyannaməsinin imzalanmasının 14-cü ildönümü münasibətilə Türk Dövlətləri Əməkdaşlığı Gününü təbrik edirik.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, 1992-ci ildən Türkdilli ölkələrin başlatdıqları yeni mərhələ, ortaya qoyduqları səy bu gün TDT-ni güclü bir təşkilata çevirib.
Bildirilib ki, TDT üzv dövlətlər arasında əməkdaşlığın sürətlə genişləndirilməsini və dərinləşdirilməsini, sülh və sabitliyə xidmət etməyi qarşısına məqsəd qoyub.
Vurğulanıb ki, Türkiyə Türk dövlətləri arasında əməkdaşlığı inkişaf etdirmək üçün işlərini davam etdirəcək.