İyulun 2-də futbol üzrə Avropa çempionatı çərçivəsində millimizlə Avstriya yığması arasında keçirilən oyundan sonra UEFA-nın futbolçumuz Merih Demirala qarşı intizam araşdırması açması qəbuledilməzdir.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
“Almaniya Federal Konstitusiyanı Mühafizə Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda “boz qurd” işarəsi göstərən hər kəsin ifrat millətçi kimi qiymətləndirilmədiyinin vurğulandığı və “boz qurd” işarəsinin Almaniyada qadağan edilmiş bir simvol olmadığı halda, Almaniya səlahiyyətliləri tərəfindən Demirala göstərilən reaksiyalar birbaşa ksenofobiya kimi qiymətləndirilir”, – deyə bəyanatda qeyd edilib.
Türkiyə XİN idman müsabiqələrində sevinc nümayişi zamanı tarixi və mədəni simvolun heç kimi hədəf almayacaq şəkildə istifadəsinə siyasi məqsədlərlə verilən reaksiyaları qınadığını bəyan edib.