Türkiyə XİN-dən Makrona sərt reaksiya

Türkiyə XİN-dən Makrona sərt reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun “Türkiyə mənşəli şəbəkələrin Fransa əleyhinə təbliğat və düşmənçilik aparması” ifadələrinə görə bəyanat yayıb.

AzerTimes bəyanatın mətnini təqdim edir:

Əlcəzair başda olmaqla, Afrikada müstəmləkə keçmişi ilə üzləşməkdə çətinlik çəkən Fransa Prezidenti Makronun digər ölkələri, o cümlədən bizi ittiham edərək, müstəmləkə keçmişindən qurtulmağa çalışması qəbuledilməzdir. Makronun Əlcəzairə səfəri zamanı bəzi ölkələrlə birlikdə bizi də hədəf alan açıqlamalar verməsi son dərəcə təəssüf doğurur. Düşmənçiliyi deyil, dostluğu təşviq edən, Afrika Birliyinin strateji tərəfdaşları arasında yer alan Türkiyə həm Əlcəzair, həm də Afrika qitəsinin digər ölkələri ilə münasibətlərini günü-gündən inkişaf etdirir. Bu əlaqələr qarşılıqlı etimada əsaslanan münasibətlərdir. Əgər Fransa Afrika qitəsində ona qarşı reaksiyaların olduğunu düşünürsə, onda bunun mənbəyini öz müstəmləkə keçmişində axtarmalıdır.

Bu münasibətin üçüncü dövlətlərin fəaliyyəti nəticəsində yarandığını iddia etmək öz keçmişi ilə bağlı problemlərlə üzləşib həll etmək əvəzinə, nəinki bir sosioloji hadisəni və tarixi inkar etmək deyil, həm də bəzi siyasətçilərin təhrif olunmuş mentalitetini əks etdirir. Ümid edirik ki, Fransa digər ölkələri, o cümlədən ölkəmizi günahlandırmadan öz müstəmləkə keçmişi ilə üz-üzə gəlmək üçün ən qısa zamanda kamilliyə çatacaq”.

Teqlər: