Türkiyə XİN-dən İraqdakı hadisələrə reaksiya

Türkiyə XİN-dən İraqdakı hadisələrə reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi İraqdakı hadisələrlə bağlı bəyanat yayıb.

AzerTimes xəbər verir ki, bəyanatda İraqda baş verən proseslərə zəmin yaradan siyasi qeyri-müəyyənliyin ən qısa zamanda aradan qaldırılacağı, İraq xalqının gözləntiləri əsasında ləngimədən təmsilçi hökumətin qurulacağına əminlik ifadə edilib.

“İraqlıların öz fikirlərini demokratik vasitələrlə ifadə etmək hüququna hörmətlə yanaşırıq. Bu kontekstdə zorakılıqdan qaçmağın və ictimai asayişin qorunmasının vacibliyini vurğulayırıq. Bütün tərəfləri sağlam düşüncə və təmkinlə hərəkət etməyə çağırırıq”, – XİN-dən qeyd olunub.

Qeyd edək ki, İraqda şiə din xadimi Müqtəda əs-Sədrin tərəfdarları baş nazir postuna namizəd Məhəmməd Şiə əs-Sudana etiraz edirlər və iki dəfə parlamentə soxulublar.

Teqlər: