Türkiyənin Xarici İşlər Nazirliyi meşə yanğınlarındakı köməyə görə Azərbaycana təşəkkür edib.
AzerTimes xəbər verir ki, bununla bağlı Türkiyə XİN X hesabında paylaşım edib.
“Ölkəmizdə meşə yanğınlarının söndürülməsi işlərinə verdiyi dəyərli dəstəyə görə Can Azərbaycana təşəkkür edirik”, – paylaşımda qeyd olunub.