Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
AzerTimes xəbər verir ki, bu barədə qurumun rəsmi X hesabında paylaşım edilib.
“Əziz Azərbaycan, Müstəqillik Gününüz mübarək! Sevinci sevincimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu ürəkdən bölüşürük”, – paylaşımda vurğulanıb.