Türkiyə Xarici İşlər Nazirliyi (XİN) aprelin 6-da Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan
arasında Avropa İttifaqının rəhbərliyi ilə Brüsseldə keçirilən
görüşə münasibət bildirib.
Trend-in məlumatına görə bu barədə Türkiyə XİN məlumat
yayıb.
Qeyd edilib ki, Türkiyə XİN görüşdə Azərbaycan və Ermənistanın
XİN rəhbərlərinə sülh müqaviləsi barədə hazırlıqlara başlamaqla
bağlı təlimatın verilməsi və iki ölkə arasında aprel ayının sonuna
qədər Birgə Sərhəd Komissiyasının qurulmasına dair razılıq əldə
olunmasından məmnuniyyət duyur.
“Türkiyə Cümhuriyyəti regionda sülhün və sabitliyin təmin
edilməsi istiqamətində səyləri dəstəkləyir və onlara fəal töhfə
verir”, – deyə əlavə olunub.