Türkiyə Xarici İşlər Nazirliyi İraqın müvəqqəti işlər vəkilini çağırıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İraqın müvəqqəti işlər
vəkilini Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda başlatdığı
“Pəncə-Kilid” əməliyyatı ilə bağlı İraq rəsmilərinin açıqlamaları
ilə əlaqədar çağıraraq ona nota verib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə XİN mətbuat katibi Tancu Bilgiç
bildirib.

“Türkiyə silahlı qüvvələrinin 18 aprel 2022-ci il tarixində
İraqın şimalındakı terrorçu hədəflərə qarşı başlatdığı
“Pəncə-Kilid” əməliyyatı ilə bağlı İraqın rəsmi orqanlarının
açıqlamaları ilə əlaqədar İraqın müvəqqəti işlər vəkili
nazirliyimizə çağırılaraq ona İraqdan gözləntilərimizi çatdırdıq və
bu mövzuda fikirlərimizi əks etdirən notanı təqdim etdik”, – deyə
T.Bilgiç qeyd edib.

Teqlər: