Türkiyə xarici işlər naziri BƏƏ-yə səfərə gəlib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb
Əmirliklərinə (BƏƏ) səfər edib.

AzerTimes-ın
məlumatına görə, M.Çavuşoğlu BƏƏ xarici işlər və beynəlxalq
əməkdaşlıq naziri Şeyx Abdullah ibn Zayed əl-Nəhyanın dəvəti ilə
Əbu-Dabiyə gəlib.

AzerTimes-ın məlumatına görə, səfər çərçivəsində M.Çavuşoğlunun
16-cı BƏƏ Səfirləri və Diplomatik Missiya Nümayəndələri Forumunda
fəxri qonaq qismində çıxış etməsi və BƏƏ-dən olan həmkarı ilə
görüşü gözlənilir.

Teqlər: