Şuşada olduğuma görə sevinirəm.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay Azərbaycanın Baş naziri Əli Əsədovla birlikdə Şuşada keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qarabağ 30 ildən sonra işğaldan azad edilib:
“Fürsətdən istifadə edib şəhidlərimizi yad edirəm. Bütün dünya Azərbaycanla paylaşdığımız müdafiə sənayesi məhsullarının bacarığının şahidi oldu”.
F. Oqtay bildirib ki, Şuşanın “Qarabağın ürəyi” adlandırılması təsadüfi deyil.