Türkiyə vətəndaşlarının Ukraynadan quru yolu ilə təxliyə prosesinə başlanılıb – Çavuşoğlu

Türkiyə öz vətəndaşlarının Ukraynadan quru yolu ilə təxliyə
prosesinə başlayıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud
Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, 12 fevral tarixi üçün olan məlumata
əsasən, 5 minə yaxın vətəndaş artıq Türkiyəyə qayıdıb.

Çavuşoğlu qalan Türkiyə vətəndaşlarının təxliyyəsi ilə bağlı
onların quru yolu ilə təxliyyəsinə qərar verildiyini bildirib:

“Bunun üçün əvvəlcədən hazırlıq işləri görülüb. Eyni zamanda hər
bir vətəndaşımızla fərdi qaydada telefonla əlaqə saxlayırıq.
Ümumilikdə Ukraynada 20 minə yaxın vətəndaşımız var idi, onların 16
minə yaxını ilə əlaqə saxlaya bildik”.