Türkiyə vətəndaşlarının Sudandan təxliyəsi başlanıb.
AzerTimes xəbər verir ki, aprelin 23-də 140 nəfərlik Türkiyə vətəndaşlarından ibarət ilk qrup Xartum şəhərindən təxliyə edilib.
Məlumata əsasən, onlar Efiopiyadan keçərək Türkiyəyə göndəriləcək.
Xatırladaq ki, aprelin 15-də Sudan ordusunun bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında silahlı toqquşmalar başlayıb.