Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin Mülki Aviasiya Təşkilatı koronavirusun “omikron” ştammının yayılmaıs ilə əlaqədar digər ölkələrə səfər qaydalarında dəyişikliklər edib.
Trend-in məlumatına görə, yeni qərara əsasən, Türkiyə vətəndaşlarının Niderland, Xorvatiya, İspaniya, İslandiya, İsveçrə, İtaliya, Lüksemburqa səfərləri dayandırılıb.
İsveçə daxil olmaq üçün Türkiyə vətəndaşlarından vaksin sertifikatı tələb olunacaq.
Eyni zamanda, Türkiyədən İrana və İraqa səfər edən vətəndaşlar PSR testi təqdim edərək ölkəyə daxil ola bilər. İraqa gələn vətəndaşlar vəziyyətdən asılı olaraq 14 günlük karantinə alına bilər.