Türkiyə vətəndaşları Nigerdən təxliyə edilir

Türkiyə vətəndaşları Nigerdən təxliyə edilir

Türkiyə vətəndaşları Nigerdən təxliyə edilir.

AzerTimes xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, iyulun 26-da Nigerdə baş verən hərbi çevrilişlə əlaqədar Türkiyə vətəndaşlarını bu ölkədən təxliyə etməyə başlayıb. Məlumata görə, Türk Hava yolları ölkə paytaxtı Niamey Beynəlxalq Diori Hamani Hava limanından çoxu Türkiyə vətəndaşı olmaqla 233 nəfəri təxliyə edib.

Qeyd edək ki, Türkiyə səfirliyi, müxtəlif qurumları, Türkiyə-Niger Dostluq Xəstəxanasının şəxsi heyəti, ölkədə fəaliyyət göstərən türk şirkətlərinin Türkiyə vətəndaşı olan məsul şəxsləri Nigerdə qalaraq işlərini davam etdirirlər.

Teqlər: