Türkiyə vətəndaşı İranda edam olunacaq

Türkiyə vətəndaşı İranda edam olunacaq

İran Ali Məhkəməsi hazırda Urmiya həbsxanasında saxlanılan Türkiyə vətəndaşı Hatəm Özdəmir barədə çıxarılan edam hökmünü təsdiq edib.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

2019-cu ilin iyul ayında Makı şəhərində saxlanılan Hatəm Özdəmir “islam quruluşuna qarşı silahlı üsyan”da günahlandırılıb və 2022-ci il martin 15-də edama məhkum edilib.

Türkiyə vətəndaşının hansı qrupa bağlı olduğu bildirilməsə də, PKK, PEJAK silahlı təşkilatlarının üzvü olduğu ehtimal edilir.

Teqlər: