Türkiyə vətəndaşı Göygöldə yük maşınında öldü

Türkiyə vətəndaşı Göygöldə yük maşınında öldü

Türkiyə vətəndaşı, 1962-ci il təvəllüdlü Zikri Hakkı oğlu Söğüt Göygöl rayonunda idarə etdiyi yük maşınında ölüb.

AzerTimes xəbər verir ki, hadisə Balçılı kəndində yerləşən yük avtomobili sürücülərinin istirahət etməsi üçün nəzərdə tutulmuş “Türk Tır Parkı” adlanan ərazidə qeydə alınıb.

“Ağaçlı” yükdaşıma şirkətində sürücü işləyən şəxs yük avtomobili ilə Türkiyədən qayıdarkən dekabrın 5-də gecə saatlarında avtomobilini saxlayaraq salonda yatıb, dekabrın 6-da səhər saat 8 radələrində iş yoldaşı, digər yük avtomobilinin sürücüsü Zikri Söğütü oyatmaq üçün gələrkən onun öldüyünü aşkarlayıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Teqlər: