Bakı-Quba yolunda TIR sürücüsü olan türk vətəndaşı sükan arxasında ölüb.
AzerTimes xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb.
Türk vətəndaşı olan 1966-cı il təvəllüdlü Orxan Kazım oğlu İldırım yük maşını hərəkətdə olarkən vəziyyəti pisləşib.
Sürücü yük avtomobilini saxladıqdan sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.