Türkiyə və Yunanıstan bu məsələdə razılaşdı

Türkiyə və Yunanıstan bu məsələdə razılaşdı

Türkiyə milli müdafiə naziri Hulusi Akar və yunan həmkarı Nikos Panagiotopoulos arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə yunan mediası məlumat yayıb.

Söhbət zamanı tərəflər mehriban qonşuluq münasibətlərinə və beynəlxalq hüquqa əsaslanan gündəliyin hazırlanması barədə razılığa gəliblər.

Türkiyədə baş verən zəlzələ və Yunanıstandakı dəmiryol qəzası ilə bağlı nazirlər qarşılıqlı başsağlıqlarını çatdırıblar.

Akar yunan həmkarını zəlzələdən zərər çəkmiş bölgələrə baş çəkməyə dəvət edib.

Teqlər: