Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və onun ukraynalı
həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.
Trend xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi
yayıb.
Bildirilib ki, nazirlər Ukraynadakı vəziyyət ətrafında müzakirə
aparıblar.
M.Çavuşoğlu Türkiyə tərəfinin Ukrayna ilə Rusiya arasında əhali
üçün humanitar dəhlizlər yaradılması və mümkün müvəqqəti atəşkəs
barədə razılığa gəlməsindən məmnun olduğunu ifadə edib.
Bildirilib ki, sözügedən dəhlizlər, eyni zamanda bölgələrə
humanitar yardım çatdırılmasını da asanlaşdıracaq.