Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti
Vladimir Zelenski arasında telefon danışığı olub.

AzerTimes xəbər verir
ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının
Kommunikasiya İdarəsi yayıb.

Bildirilib ki, liderlər Ukrayna ətrafında baş verən hadisələri,
eləcə də böhranın həlli yolunda danışıqların vəziyyətini müzakirə
ediblər.

Teqlər: