Türkiyə ilə Türkmənistan Xəzər və Qara dəniz üzərindən tranzit marşrutlarının səmərəliliyini artırmaq barədə razılığa gəliblər.
AzerTimes xəbər verir ki, bunu Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Ankarada keçirilən biznes forumda çıxışı zamanı deyib.
“Biz Türkmənistan qazının və enerjisinin Xəzər dənizi vasitəsilə Türkiyəyə necə nəql oluna biləcəyi ilə bağlı fikir mübadiləsi apardıq. Bu tranzit sahəsində əməkdaşlığın təkmilləşdirilməsi iki ölkə arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Qarşılıqlı maraqlara uyğun olaraq yeni istiqamətlər yaradıla bilər”, – S.Berdiməhəmmədov bildirib.
Qeyd edək ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdədir. Ərdoğan və Berdiməhəmmədov, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbərləri tərəfindən iki ölkə arasında enerji, nəqliyyat, ticarət, iqlim dəyişikliyi, insan resursları, idman, təhsil və arxiv kimi sahələri əhatə edən 13 müqavilə imzalanıb.
Bu, Sərdar Berdiməhəmmədovun Türkmənistan Prezidenti kimi Türkiyəyə ilk rəsmi səfəridir.