Türkiyə və Serbiya liderləri ikitərəfli əlaqələri müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə serbiyalı həmkarı
Aleksandr Vuçiç arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti
Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Qeyd olunur ki, danışıq zamanı Türkiyə-Serbiya ikitərəfli
münasibətlərinin vəziyyəti müzakirə edilib. Liderlər regional
məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi ətrafında fikir
mübadiləsi aparıblar.

Vurğulanıb ki, Ukraynadakı hadisələr bütün bölgəni müxtəlif
aspektlərdə təsir edir. Rəcəb Tayyib Ərdoğan sülhə nail olmaq üçün
səylərin bacibliyini qeyd edib.

O, həmçinin həmkarını prezident seçkilərində qazandığı qələbə
münasibətilə təbrik edib və səsvermənin nəticələrinin dost serb
xalqının xeyrinə olmasını arzulayıb.

Türkiyə Prezidenti iki ölkə arasında son bir neçə ildə qurulmuş
dostluq və səmərəli əməkdaşlığın Aleksanr Vuçiçin prezident
postunda olduğu müddətdə də möhkəmlənəcəyinə əminliyini ifadə
edib.

Teqlər: