Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada Türkiyənin
xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.
Trend-in
məlumatına görə, bunu Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov “Valday” beynəlxalq müzakirə klubunun 11-cı Yaxın Şərq konfransının
açılışında deyib.
O bildirib ki, nazirlər həm ikitərəfli, həm də Suriya məsələsi
ilə bağlı İranın XİN rəhbəri ilə üçtərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl S.Lavrov martın 11-13-də
Antalyada keçiriləcək Diplomatiya forumunda iştirakını
təsdiqləmişdi.