Türkiyə və Rusiya XİN rəhbərləri arasında telefon danışığı baş tutub

Rusiya və Türkitənin xarici işlər nazirləri Sergey Lavrov və
Mövlud Çavuşoğlu aralarında baş tutmuş telefon danışığı zamanı
Ukraynada mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün XİN və
Müdafiə Nazirliyi xətti ilə birgə addımları müzakirə ediblər.

Trend xəbər
verir ki, bu barədə Rusiya XİN yaydığı məlumatda deyilir.

Rusiya XİN rəhbəri Türkiyəli həmkarına bildirib ki, danışıqların
nəticəsi tamamilə Kiyevin Rusiya Federasiyasının qanuni tələblərini
nəzərə almağa hazır olmasından asılıdır.

Tərəflər həmçinin “3+3” formatının aktivləşdirilməsi də daxil
olmaqla, Qafqazda nizamlanmaya kömək niyyətlərini təsdiqləyərək,
ikitərəfli münasibətləri müzakirə ediblər.

Teqlər: